AGF-nin baş katibi: “Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür”

AGF-nin baş katibi: “Avropa çempionatında Azərbaycan gimnastlarına ümidlərimiz böyükdür”

Gəncədə keçirilən aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançılarına ümidlər böyükdür.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə bildirib.

AGF rəsmisi 18 ölkədən 151 idmançının iştirak etdiyi qitə birinciliyindən gözləntilərini açıqlayıb:

“Gəncə İdman Sarayında möhtəşəm açılış mərasimi oldu. Aerobika gimnastlarının müxtəlif kateqoriyalarda çıxışları olacaq. Bu yarışda Azərbaycanı 6 gimnast təmsil edir. Onlara ümidlərimiz böyükdür. Əsasən də Mədinə Mustafayeva və Vladimir Dolmatovadan uğurlu çıxış gözləyirik. Bütün iştirakçılara uğurlar arzu edirik. Tamaşaçıları bu möhtəşəm sarayda idmançılara dəstək olmağa dəvət edirəm”.