Argentina millisinin futbolçusu “Qalatasaray”da

Argentina millisinin futbolçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” komandasının anlaşdığı Can Armando Güner İstanbula gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

18 yaşlı oyunşu “Borussiya”nın (Münxenqladbax) U-19 komandasından transfer edilib. Argentinanın U-17 millisində oynayan futbolçu ilə 2029-cu ilədək müqavilə imzalanacaq.

Can Armando Güner “Şalke”nin aşağı yaş qruplarında da oynayıb./Unikal/