Avropa Liqası: Sevilya əzmkar qələbə ilə finala yüksəldi

Avropa Liqası: Sevilya əzmkar qələbə ilə finala yüksəldi

UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib.

NOCOMMENT-in məlumatına görə, bu, İspaniyanın “Sevilya” komandasıdır. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə “Mançester Yunayted”i üzərində əzmkar qələbə qazanıb – 2:1.

Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Brunu Fernandeş dəqiq penalti zərbəsi ilə açıb. Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə “Sevilya” tarixində 6-cı dəfə finala yüksəlib.

Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq.

Qeyd edək ki, “Sevilya” bu mövsüm “Qarabağ”la eyni qrupda mübarizə aparmışdı.