Azərbaycan Premyer Liqası sabah başlayır: Hakimlər bilindi

Azərbaycan Premyer Liqası sabah başlayır: Hakimlər bilindi

Sabah Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümü start götürəcək.

NOCOMMENT xəbər verir ki, I turun ilk oyun günündə keçiriləcək qarşılaşmalardan ikisinə hakim təyinatı bilinib. AFFA-nın saytına istinadən təyinatları diqqətinizə çatdırırıq:

21 avqust (cümə)

“Sumqayıt” – “Keşlə”

“Kapital Bank Arena”. Saat 18:30
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: Elgiz Abbasov
Hakim-inspektor: İmanxan Sultani

“Neftçi” – “Səbail”

“Bakcell Arena”. Saat 20:30
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Babək Quliyev