Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlandı

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli məlum olub.

NOCOMMENT Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün 4 qarşılaşma Bakıda təşkil ediləcək. Avrokuboklarda mübarizəni davam etdirən “Neftçi” və “Qarabağ”ın oyunları daha erkən – sentyabrın 11-də olacaq. Tura sentyabrın 13-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, II tur

11 sentyabr (cümə)

19:00. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 19:00

21:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 sentyabr (şənbə)

19:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

13 sentyabr (bazar)

19:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”.