Xalq artisti Flora Kərimova yaxşıdır, evindədir.
NOCOMMENT.az bildirir ki, bu barədə açıqlamasında sənətkarın köməkçisi Əli Davud deyib.
“Hər şey qaydasındadır. Həmişəki kimi müalicəsini davam etdirir. Müayinə üçün xəstəxanaya gedib-gəlir. Səhhəti nəzarət altındadır”, – o bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında xalq artistinin səhhəti pisləşib və müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. (Kult.az)










