Dünya çempionatları tarixində rekord yeniləndi

Dünya çempionatları tarixində rekord yeniləndi

2026-cı il dünya çempionatı təkcə meydandakı mübarizə ilə deyil, tarixi rekordlarla da diqqət çəkir. Turnirin ilk oyunlarından sonra komandalar arasında yeni rekord qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Almaniya millisi Kurasao üzərində 7:1 hesablı qələbədən sonra dünya çempionatları tarixində ən çox qol vuran yığma olub.

Lakin Braziliya millisi növbəti tur oyunlarından sonra bu göstəricidə Almaniyaya çataraq rekordu bölüşüb. Hazırda hər iki komandanın hesabında mundiallar tarixində 239 qol var.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə keçirilən ilk mundial kimi də tarixə düşüb. Turnirdə daha bir neçə rekordun yenilənəcəyi gözlənilir. Metbuat.az