SENSASİYA! COVİD-lə bağlı SİRR açıldı - İlk dəfə!

SENSASİYA! COVİD-lə bağlı SİRR açıldı - İlk dəfə!

Amerikalı sahibkar İlon Maskın ABŞ-nin COVID-19 pandemiyasında rolu ilə bağlı irəli sürdüyü iddialar geniş müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Mask özünün rəhbərlik etdiyi “X” sosial şəbəkəsində ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini tənqid edərək, bu qurumun Vuhan Virusologiya İnstitutuna maliyyə dəstəyi vasitəsilə virusun yaradılmasında mərkəzi rol oynadığını iddia edib. O, USAID-i həmçinin gizli şəkildə bioloji silah tədqiqatları ilə məşğul olmaqda ittiham edib.

Bu bəyanat ABŞ-də hökumət strukturlarının və humanitar agentliklərin pandemiyanın mənşəyindəki rolu ilə bağlı davam edən geniş spekulyasiyaların bir hissəsidir. Qeyd etmək lazımdır ki, rəsmi elmi dairələr və bir sıra araşdırmaçı qurumlar virusun mənşəyi ilə bağlı araşdırmalarını davam etdirsələr də, Maskın irəli sürdüyü bu konkret ittihamlar hələ ki, rəsmi sübutlarla təsdiq olunmayıb və ciddi fikir ayrılığı yaradıb.

Xatırladaq ki, İlon Mask pandemiya dövründən etibarən virusun təbiəti, test sistemlərinin etibarlılığı və pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər barədə tez-tez tənqidi və mübahisəli fikirləri ilə diqqət mərkəzində olub.