Ötən mövsümü Birinci Liqada tamamilə legionersiz keçirən “Şəfa” klubu Premyer Liqada yeni mövsüm üçün ilk legionerini transfer edib.
NOCOMMENT.az xəbər verir ki, paytaxt təmsilçisi Muhammed Medfaini heyətinə qatıb.
25 yaşlı futbolçu əslən Tunisdən olsa da, Fransa vətəndaşıdır. Medfainin sonuncu klubu Belçikanın “Olimpik Şarlerua” komandası olub.











