Dünyaca məşhur hücumçu “Fənərbaxça”da

Dünyaca məşhur hücumçu “Fənərbaxça”da

“Fənərbaxça”nın bir müddətdir transfer etməyə çalışdığı dünyaca məşhur hücumçu Edin Dzekonun transferi rəsmən açıqlanıb.

NOCOMMENT.az yerli mediaya istinadən xəbər verir ki, yeni mövsüm üçün transfer cəhdlərini davam etdirən “Fənərbaxça” “İnter”lə müqaviləsi başa çatan Edin Dzekonu transfer edir.

Fənərbaxça klubundan 37 yaşlı bosniyalı futbolçu ilə bağlı açıqlama belədir:

“Dünyanın məşhur hücumçusu Edin Dzeko sağlamlıq yoxlamalarından keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələcək. Biz bunu ictimaiyyətə təqdim edirik”.