FİFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu

FİFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu

FİFA milli komandaların yeni siyahısını açıqlayıb.

NOCOMMENT.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər yığmalardan əksəriyyətinin də mövqeyində ciddi dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Yeganə dəyişik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Report