Ermənistan ərazisində yeraltı təkanlar qeydə alınıb. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.
Rəsmi məlumata əsasən, zəlzələ Hamamlı (Spitak) şəhərindən 11 km cənub-şərqdə qeydə alınıb. İyunun 6-da yerli vaxtla saat 21:10-da baş verən yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 2.5 bal gücündə olsa da, episentr zonasında yeraltı təkanların gücü 3 bal olaraq qiymətləndirilib.
Sara
NOCOMMENT.az












