Bakıda ŞOK GÖRÜNTÜLƏR - Polis hərəkətə keçdi - VİDEO

Bakıda ŞOK GÖRÜNTÜLƏR - Polis hərəkətə keçdi - VİDEO

Paytaxt Bakıda avtomobillərlə rəsmi icazə olmadan təhlükəli manevrlər və test yürüşləri təşkil edən şəxslər saxlanılıb. Sosial şəbəkələrdə böyük rezonans doğuran videogörüntülərdən sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan "drift" kadrlarının Nəsimi rayonu ərazisində yerləşən “Midtown Hotel Baku”nun arxasındakı parkinqin sonuncu mərtəbəsində çəkildiyi iddia olunur. Məlumata görə, həmin şəxslər bu ilin payızında keçirilməsi planlaşdırılan “Tokyo drift” yarışlarına hazırlıq məqsədilə bu addımı atıblar.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimaiyyətlə əlaqələr bölməsindən rəsmi açıqlama verilib. Bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də sözügedən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

Daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən dərhal operativ tədbirlər keçirilib. Yürüşdə iştirak edən 3 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə qanunvericiliyə uyğun olaraq müvəqqəti duracağa yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.