İngiltərə millisiinin futbolçularının əşyaları OĞURLANDI

İngiltərə millisiinin futbolçularının əşyaları OĞURLANDI

2026-cı il dünya çempionatında İngiltərə milli komandası soyğunçuluğa məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, komandanın əsas ulduzlarına məxsus butslar turnirin rəsmi topları və mühüm məşq ləvazimatları ilə birlikdə oğurlanıb. Məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşları idman geyimlərinin və əşyaların oğurlanmasında onların daşınmasını həyata keçirən sürücülərin əli olduğundan şübhələnirlər.

Hazırda İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların geri qaytarılması üçün yerli polislə əməkdaşlıq edir.

Jurnalist Kreyq Houpun sözlərinə görə, itmiş əşyalar arasında komandanın liderləri - Harri Keyn və Cud Bellingemin butsları da var. Bundan əlavə, yığma demək olar ki, bütün məşq toplarını itirib, komandanın ixtiyarında yalnız biri qalıb.

Həmçinin, Tomas Tuxelin rəhbərlik etdiyi məşqçilər qərargahının taktiki lövhələri və digər avadanlıqları da oğurlanıb. Bu da DÇ-yə hazırlıq prosesində əlavə çətinliklər yarada bilər.

Mənbənin məlumatına əsasən, hüquq-mühafizə orqanları artıq araşdırmaya başlayıb. İngiltərə yığmasının inventarını daşıyan sürücülər ehtimal edilən şübhəlilər qismində nəzərdən keçirilir.

İngiltərə Futbol Federasiyası vəziyyətlə bağlı hələlik rəsmi açıqlama verməyib.

İlkin məlumatlara görə, sözügedən oğurluq hadisəsi ilə əlaqədar artıq iki şübhəli saxlanılıb./oxu.az/