Klublar məşqlərə başlaya bilərmi? – RƏSMİ AÇIQLAMA

Klublar məşqlərə başlaya bilərmi? – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb”.

Bunu Report-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O, hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib. İ.Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı isə belə cavablandırıb: “Mən Operativ Qərargah adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur”.

NOCOMMENT.az xatırladır ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. Çempionat bərpa olunanadək ilk növbədə, futbolçulara məşqlərə başlamaları üçün də icazə verilməlidir.