Klubları müflis olan futbolçulara yardım ediləcək

Klubları müflis olan futbolçulara yardım ediləcək

FİFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) koronavirus pandemiyası səbəbindən klubları müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara maddi yardım edəcək.

NOCOMMENT.az-ın FİFPro-nun rəsmi saytına istinadən məlumatına görə, futbolçuların ödənilməyən maaşlarını iki qurumun birgə təsis etdiyi Fond verəcək.

Bundan yararlanmaq istəyənlər FİFPro-nun saytına daxil olub müraciət yerləşdirməlidirlər.

Qeyd edək ki, FİFA və FİFPro bu ilin fevralında sözügedən Fondun yaradılacağını açıqlayıb. Ali futbol qurumu ilk mərhələdə Fond üçün 16 milyon avro ayırıb.