"Formula-1": Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşdi

"Formula-1": Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşdi

İtaliyalı pilot Kimi Antonelli "Mercedes" komandasının heyətində "Formula-1" üzrə dünya çempionatının altıncı mərhələsi olan Monako Qran-prisinin təsnifat mərhələsində qalib gəlib.

NOCOMMENT.az xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının şərəfini qoruyan niderlandlı pilot Maks Ferstappen tutub.

Üçüncü nəticəni isə "Ferrari" komandasından britaniyalı Lyuis Hemilton göstərib.

Əsas yarış iyunun 7-də keçiriləcək. Start Bakı vaxtı ilə saat 16:00-a planlaşdırılıb./Oxu.Az/