Kiprin APOEL klubu Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelini öz rənglərinə bağlamaq niyyətindən geri çəkilmir.
NOCOMMENT.az xəbər verir ki, Nikosiya təmsilçisi 28 yaşlı forvardın transferini rəsmiləşdirmək məqsədilə artıq "Kayzerslautern" klubuna rəsmi təklifini göndərib.
Hələlik Almaniya klubu bu müraciətə heç bir reaksiya verməyib. Bununla belə, istər "Kayzerslautern" rəhbərliyi, istərsə də hücumçunun özü yolların ayrılması variantına isti yanaşır. Ötən mövsüm İkinci Bundesliqa təmsilçisinin heyətində kifayət qədər oyun şansı qazanmayan M.Emreli hazırda daxil olan digər təklifləri də nəzərdən keçirir.
Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə mövcud müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.












