"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi

"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi

Bolqarıstanın ÇSKA klubu yay hazırlıq proqramında dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, Sofiya təmsilçisinin yaydığı məlumata görə, iyunun 27-də Avstriyada Qarabağ FK ilə keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Qərarın səbəbi kimi hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı göstərilib. Bildirilib ki, tərəflər turnirin ilk mərhələsini uğurla adlayacaqları halda, növbəti raundda rəsmi matçda qarşılaşa bilərlər.

Xatırladaq ki, Qarabağ FK iyunun 22-də təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisi Tirol bölgəsində iyulun 2-dək hazırlıqlarını davam etdirəcək.