Argentinalı futbolçu Lionel Messi franşizanın yeni filminin tanıtım çarxında "Hörümçək Adam"la birgə uçub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Sony Pictures" şirkətinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Messi "Hörümçək Adam. Yeni gün" filminin tanıtım çarxına çəkilib. Kadrda futbolçu baş rolda oynayan Tom Hollandın oturduğu kafeyə daxil olur. Holland onu tanıyır və nə axtardığını soruşur. Messi "Hörümçək adam"ı axtardığını cavablandırır, bundan sonra Holland superqəhrəman kostyumunu geyinir. Növbəti kadrda Messi onunla birgə Nyu-York küçələri üzərində uçur.
Hazırda 39 yaşlı oyunçu Argentina millisinin heyətində DÇ-2026-da çıxış edir. İyulun 4-də argentinalılar 1/16 finalda Kabo-Verde komandası ilə qarşılaşacaqlar. Matç Moskva vaxtı ilə saat 01:00-da başlayacaq.











