Lənkəranda dəhşətli yanğın - VİDEO

Lənkəranda dəhşətli yanğın - VİDEO

Lənkəranda balıqçılıq təsərrüfatında istifadə olunan konteynerdə yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb.

Kənd sakini Səxavət Həsənovun istifadəsində olan, balıq məhsulları, torlar və müxtəlif balıqçılıq avadanlıqlarının saxlanıldığı konteynerdə naməlum səbəbdən yanğın başlayıb. Alov qısa zamanda bütün konteyneri bürüyərək içəridəki əşyaları məhv edib.

Əraziyə dərhal yanğınsöndürən briqadalar və xüsusi texnika göndərilib. Yanğın nəzarət altına alınaraq söndürülüb, alovun yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində konteynerdə olan balıqçılıq ləvazimatları tamamilə yanaraq yararsız vəziyyətə düşüb. İlkin qiymətləndirməyə görə, sahibinə 10 min manatdan artıq maddi ziyan dəyib.


Yanğının başvermə səbəbi araşdırılır.