Rusiya Prezidenti Vladimir Putinlə əlaqəli olan “Viktoriya” yaxtası Türkiyəyə gedir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Verstka” məlumat yayıb.
“Marine Traffic”in məlumatlarına görə, “Viktoriya” gəmisi iyunun 26-sı Krasnodar diyarı sahillərindən yola düşüb. 28 iyun səhəri yaxta Bosfor boğazından keçərək İstanbulun Pendik rayonunda lövbər salıb, daha sonra isə Bodrum şəhərinə yola düşüb.
Qeyd edək ki, bir gün əvvəl, iyunun 29-u Putinlə əlaqəli olan “Graceful” yaxtası Danimarka sahillərində görülüb. İstanbul onun təyinat yeri kimi qeydə alınıb. Gəmi Rusiya esminesi və “Voevoda” patrul gəmisi tərəfindən müşayiət olunur.











