Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

Argentina dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriyanı 2:0 hesabı ilə məğlub etdi.

NOCOMMENT.az xəbər verir ki, hər iki qolun müəllifi olan "Albiseleste"nin kapitanı Lionel Messi almaniyalı Miroslav Klozenin rekordunu qırıb.

O, 18 qolla DÇ tarixində ən çox qol vuran oyunçu olub.

Oyundan qısa müddət sonra Messi sosial media hesabında paylaşım etdi. 38 yaşlı hücumçu bir neçə şəkil paylaşıb və onlara qısa şərh yazıb:

"Çətin bir matçda daha bir qələbə. Bu, irəliyə doğru daha bir addım atmağımıza kömək edir...".

Argentina millisi növbəti oyununu iyunun 28-də İordaniyaya qarşı keçirəcək./Fanat.az/