Tovuzda ev yandı: Bir nəfər tüstüdən zəhərləndi

Tovuzda ev yandı: Bir nəfər tüstüdən zəhərləndi

Tovuzda fərdi yaşayış evində yanğın olub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Rayon sakini məxsus evdə qəfil yanğın başlayıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.