Neftçi – Qalatasaray oyununun başlama saatı açıqlandı

Neftçi – Qalatasaray oyununun başlama saatı açıqlandı

“Neftçi”nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə oyununun başlama saatı müəyyənləşib.

NOCOMMENT.az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, görüş sentyabrın 17-də olacaq.