Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisinin vaxtı müəyyənləşib.
NOCOMMENT-in məlumatına görə, bu barədə qurumun hazırkı rəhbəri Ramin Musayev Neftçi TV-yə açıqlamasında məlumat verib. O, seçkilərin sentyabrın 10-da və ya 12-də keçirilə biləcəyini söyləyib.
Musayev özündən başqa bir namizədin olacağını da istisna etməyib.












