Qadın şahmatçılarımızdan tarixi uğur – Dünya ikinciliyi!

Qadın şahmatçılarımızdan tarixi uğur – Dünya ikinciliyi!

NOCOMMENT.az xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.

Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.

Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.