“Qalatasaray” məni qovana qədər buradayam” – Osimen

“Qalatasaray” məni qovana qədər buradayam” – Osimen

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen İstanbul klubunda oynamaqdan məmnun olduğunu bildirib. Nigeriyalı qolçu həm “Qalatasaray”ı, həm də İstanbulu çox sevdiyini deyib.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu indiyə qədər top qovduğu heç bir komandada özünü bu qədər xoşbəxt hiss etmədiyini vurğulayıb.

O, sarı-qırmızılı komandanın şərəfini qoruduğu üçün özünü qürurlu hiss etdiyini söyləyib: “Qalatasaray” mənim ailəmdir. Özümü bu mühitdə çox rahat hiss edirəm. Həm İstanbul, həm də “Qalatasaray” mənə doğmadır. “Qalatasaray” məni qovana qədər burada olacağam”.

Qeyd edək ki, Viktor Osimen 2025-ci ildə “Qalatasaray” forması ilə çıxdığı 34 matçda 30 qol vurub. Hazırda o, bu nəticə ilə Avropanın üçüncü ən çox qol vuran oyunçusudur.

Bizi Facebookda izləyin