Samir Abasov istefa verib?

Samir Abasov istefa verib?

“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan ayrıldığı barədə xəbərlər yayılan Samir Abasov deyib.

Çalışdırıcı Bakı klubundan istefa vermədiyini bildirib: “Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam”.

S.Abasov komandasının “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşmədiyini də sözlərinə əlavə edib: “Heç bir görüşümüz olmayıb. Ümumiyyətlə, komanda barədə danışmamışıq”.

***11:17

“Neftçi” baş məşqçisi Samir Abasovu istefaya göndərib.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.

Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.
Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından “Neftçi”nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də “ağ-qaralar”ı çalışdırıb.