Türkiyə FİFA reytinqində yüksəlib

Türkiyə FİFA reytinqində yüksəlib

FİFA-nın iyun ayı dünya reytinq cədvəli açıqlanıb. 

NOCOMMENT.az xəbər verir ki, Türkiyə reytinqdə iki pillə irəliləyib.

Türkiyə Milli Futbol Komandası Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) iyun ayı üzrə açıqladığı dünya reytinq cədvəlində iki pillə yüksələrək 41-ci yerə yüksəlib . “Aypara Ulduzları” aprel reytinqində də bir pillə irəliləmişdi.

2022-ci il dünya çempionatının birincisi Argentina 1843,73 xalla birinci, Fransa 1843,54 xalla ikinci, Braziliya 1828 xalla üçüncü yeri tutub. Bu komandaları 1797 xalla 4-cü yerdə İngiltərə, 1788 xalla 5-ci yerdə Belçika izləyib.

Qeyd edək ki, FİFA-nın növbəti dünya reytinqi iyulun 20-də açıqlanacaq.