“Fənərbaxça”nın ulduz futbolçusu Enner Valensiya Braziliyanın “İnternasional” komandasına transfer olunub. Ekvadorlu hücumçu vurduğu qollarla sarı-lacivərtlilərin tarixinə damğasını vurub.
NOCOMMENT.az məlumat verir ki, 2020-2021 mövsümünün əvvəlində “Fənərbaxça”ya transfer olunan Enner Valensiya 3 mövsüm formasını geyindiyi komandadan Türkiyə Kuboku və bombardiri ilə ayrılıb.
Valensiya “Fənərbaxça”da 16-cı bombardir kimi tarixə düşüb. 2010-2011 mövsümündə 28 qolla “bir mövsümdə ən çox qol vuran əcnəbi oyunçu” rekordunu qıran Enner Valensiya, “bir mövsümdə ən çox qol vuran oyunçu” rekordunu da təkrarladı.
Xatırladaq ki, əvvəlki rekordun sahibi Aykut Kocaman 1988-1989-cu il mövsümündə 29 qolla bombardir olub.
NOCOMMENT.az












