UEFA Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) koronavirus pandemiyası üzündən 2021-ci ilin sonunadək bütün turnirləri ləğv etməklə bağlı tövsiyə almasına münasibət bildirib.
NOCOMMENT.az-a qurumun mətbuat xidmətindən verilən açıqlamada tövsiyə barədə xəbər təkzib edilib. Bildirilir ki, məsələylə bağlı belə sərt tövsiyə alınmayıb: “İnformasiya düzgün deyil. ÜST heç vaxt tövsiyə etməyib ki, futbol oyunları 2021-ci ilin sonunadək keçirilməsin”.
Qeyd edək ki, UEFA keçirilən videokonfransda milli çempionatların bərpa olunmasını, bu yarışların ardınca isə avrokubokların başa çatdırılmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirib.
Apasport












