İlon Mask onunla mübahisə edən professorun hesabını bağlayıbbackend

İlon Mask onunla mübahisə edən professorun hesabını bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“X”in sahibi İlon Mask onunla mübahisə edən Skott Qallovey adlı professorun hesabını 2 həftə müddətinə bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, professor həm də şirkət sahibi ilə görüşməkdən imtina edib.

560.000 izləyicisi olan professor, eyni zamanda yazıçı və natiq Scott Galloway, İlon Mask ilə mübahisə etdikdən sonra 2 həftədən çox “X” hesabına daxil ola bilmədiyini bildirdi.

“Ortaq bir dost İlonun mənim tərəfimdən ona qarşı haqsız hücuma məruz qaldığını hiss etdiyini və görüşmək istədiyini söylədi. Mən imtina etdim”, – professor deyib.

Galloway, iki gün sonra hesabına daxil ola bilmədiyini və 17 gündür bağlandığını da  vurğulayıb.