İmran xan ömürlük həbs edilə bilərbackend

İmran xan ömürlük həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan hökumətinin keçmiş rəhbəri, müxalifət partiyası sədri İmran Xan dövlət sirrini yaydığına görə ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib.

“İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Rəsmi sirlər haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə həbs, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib.

Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. 

Qeyd edək ki, Xan avqustun 5-dən dələduzluqda ittiham olunaraq üç il həbs cəzası çəkir. Məhkəmə əvvəllər bu ittiham üzrə sabiq baş nazirin cəzasının icrasını dayandırıb. İndi siyasətçi dövlət sirrinin açılması ilə bağlı həbsdədir.