Pakistanda namizədin ofisinə bomba hücumu – Ölənlər varbackend

Pakistanda namizədin ofisinə bomba hücumu – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah keçiriləcək seçkilərdə Pakistanın Baloçistan əyalətində müstəqil parlament namizədi Asfandiyar Xan Kakarın ofisinə bombalı hücum nəticəsində 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, “Geo News” telekanalının verdiyi məlumata görə, Baloçistan vilayətinin Pişin rayonunda müstəqil parlament namizədi Asfandiyar Xan Kakarın ofisinin qarşısında bombalı hücum baş verib. Hücum zamanı 12 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Qeyd olunur ki, Asfandiyar Xan Kakar hücum zamanı öz ofisində olmayıb. Hücuma görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Xatırladaq ki, bundan əvvəl keçmiş baş nazir İmran Xanın partiyası Pakistan Ədalət Hərəkatı (PTİ) ilə əlaqəli müstəqil parlament namizədi Rehan Zeb Xana silahlı hücum edilib. Hücum zamanı Rehan Zeb Xan öldürülüb, 3 nəfər yaralanıb.