İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıbbackend

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Bildirilib ki, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi.