İngiltərədə koronavirusun yeni variantı yayılırbackend

İngiltərədə koronavirusun yeni variantı yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə Covid-19-un Omicron variantının alt törəməsi olan Eris (EG.5.1) bütün ölkəyə yayılıb.

NOCOMMENT.az xəbər verir ki,Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni hadisədən birini təşkil edir.

Eris Böyük Britaniyada Arcturus-dan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb ki, bu da halların təxminən yarısını 39,4 faiz təşkil edir.

Səlahiyyətlilər, dünyada Covid-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildirib.

Mütəxəssislər ölkədə Kovid-19-a yoluxma hallarının artmasının iyulun 21-də “Barbie” və “Oppenheimer” filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axını ilə bağlı ola biləcəyini irəli sürüblər.

Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.

Covid-19 peyvəndlərindən sonra xəstəliyə qarşı immunitetin azalması və müəyyən müddət keçməsinin də hadisələrin artmasına səbəb ola biləcəyi bildirilir.