Tətil mövsümü COVID-19-un yeni variantının yayılmasını artıra bilərbackend

Tətil mövsümü COVID-19-un yeni variantının yayılmasını artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada, COVID-19-un Omicron variantının alt variantı olan Erisin (EG.5.1) ölkə üzrə yayılmasının yay tətili mövsümü ilə əlaqəli ola biləcəyi açıqlandı.

NOCOMMENT xəbər verir ki, Fransa Xalq Sağlamlığı Təşkilatı tərəfindən edilən açıqlamada, Eris hadisələrinin sayında artımın bütün bölgələrdə müşahidə edildiyi, lakin ən çox artımın məşhur tətil bölgələrində olduğu bildirildi.

Fransada son günlərdə COVID-19 şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayında artım müşahidə edilsə də, açıqlamada bildirilib ki, COVID-19 şübhəsi ilə yoluxma halları 15-74 yaş arasında olan şəxslərdə 25 faiz artıb.

74 yaşdan yuxarı şəxslərdə bu nisbətin yüzdə 34, iki yaşa qədər körpələrdə isə 56 faiz artdığı bildirilib.

Festivallarda və digər tədbirlərdə insanların tətil yerlərində toplanmasının Erisin yayılma sürətinə səbəb ola biləcəyi də bildirildi.