Maska geri qayıdır? Açıqlamabackend

Maska geri qayıdır? Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC), COVID-19 hadisələri bir qədər artdıqdan sonra xüsusilə risk qrupunda olanlar üçün maskalar tələb edib.

NOCOMMENT.az xəbər verir ki, ürək və şəkərli diabet xəstələrinin, xüsusən də 80 və yuxarı yaşda olanların maska ​​taxması ilə bağlı xəbərdarlıqlar edilib.

Məhz bu xəbərdarlıqdan sonra “Tibbi maskalar geri qayıdır?” sualı ortaya çıxıb.

Türkiyə Toraks Dərnəyinin baş katibi Dos. Dr. İpek Candemir “Bildirilir ki, COVID-19-un EG.1 (Eris) variantı bütün dünyada artmaqdadır və bu, bir çox ölkədə dominant variantdır. Bu variantın sürətlə yayılmasına baxmayaraq, xəstəliyin şiddətində artım müşahidə edilməməsi sevindirici haldır. Hazırkı müşahidələrimizə əsasən görünür ki, bu variantın gedişində qrip tədbirlərindən kənara çıxılmayacaq”.deyə qeyd edib.

NOCOMMENT.AZ