İngiltərəyə köç edənlərin sayı rekord həddə çatdıbackend

İngiltərəyə köç edənlərin sayı rekord həddə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin dekabrında başa çatan il ərzində Böyük Britaniyaya xalis miqrasiya rekord səviyyəyə çatıb.

NOCOMMENT.az xəbər verir ki, keçən il İngiltərəyə xalis miqrasiyanın 606 min nəfərlə rekord səviyyəyə yüksəldiyi bildirilir.

Britaniya Milli Statistika İdarəsi bu artımın Avropa İttifaqı (Aİ) hüdudlarından kənardan Böyük Britaniyaya işləmək və ya təhsil almaq üçün gələnlər, Ukrayna və Honq Konqdan isə xüsusi viza proqramları ilə gələnlər hesabına olduğunu bildirib.

Bununla belə, Britaniya Milli Statistika İdarəsi keçən il immiqrasiyada rekord artıma baxmayaraq, son aylarda immiqrasiya nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara diqqət çəkib.

2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəldiyini, 557 min insanın isə ölkəni tərk etdiyi açıqlanıb.

Qeyd edək ki, xalis miqrasiya ölkəyə gələn əhalidən ölkədən gedən əhalinin sayını çıxmaqla əldə edilir.

Böyük Britaniyaya gələn xalis immiqrantların sayı 2021-ci ildə isə 488 min olaraq qeyd edilib.

NOCOMMENT.AZ