İqtisadiyyat üzrə Nobel Mükafatını qazananların adları açıqlandıbackend

İqtisadiyyat üzrə Nobel Mükafatını qazananların adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il İqtisadiyyat üzrə Nobel Mükafatı satınalma nəzəriyyəsinin inkişafındakı töhfələrinə görə Stanford Universitetindən Pol Milqrom və Robert Vilsona verilib.

NOCOMMENT bu barədə xarici mətbuata istinadən xəbər verir.

“ Onlar ənənəvi yollarla satılması çətin olan mallar və xidmətlər üçün yeni tender formaları hazırlamaq üçün çalışıblar”, – deyə İsveçin Kral Elmlər Akademiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, Alfred Nobelin xatirəsinə verilən “Sveriges Riksbank” İqtisadi Elmlər Mükafatı 1969-cu ildən təqdim olunur, son 51 ildə onu 84 laureat alıb.