2026-cı ilin iqtisadiyyatını xilas edən SEKTOR bəlli oldu

2026-cı ilin iqtisadiyyatını xilas edən SEKTOR bəlli oldu

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun rolu artmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlama verib.

İqtisadçının açıqlamasına görə, 2026-cı ilin yanvar-fevral aylarının göstəriciləri göstərir ki, ölkədə iqtisadi artım əsasən enerjidən kənar sahələr hesabına təmin olunub.

Bayramov bildirib ki, bu dövrdə ÜDM neft-qaz sektorunda 1.7 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sahəsində 1,4 faiz artım qeydə alınıb. Nəticədə, ümumi iqtisadi artım tempi qorunub saxlanılıb.

O əlavə edib ki, qeyri-neft-qaz sektorunda ən yüksək artım sənayedə müşahidə olunub. Belə ki, sənaye istehsalı 7.4 faiz artıb, enerji sektorunda isə 0.8 faiz azalma baş verib.

Vüqar Bayramov vurğulayıb ki, dünya bazarında neftin qiymətinin yüksək olmasına baxmayaraq, iqtisadiyyatın diversifikasiyası Azərbaycanın dayanıqlı və inkluziv inkişafı üçün prioritet olmalıdır. Onun sözlərinə görə, məhz güclü qeyri-neft-qaz sektoru uzunmüddətli iqtisadi sabitliyin təminatçısıdır.

Aliyə

NOCOMMENT.az