Bakı şəhəri, Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində gərginlik düşkülərinin aradan qaldırılması, artan enerji təlabatının qarşılanması məqsədilə paylayıcı elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
NOCOMMENT.az xəbər verir ki, bu istiqamətdə "Azərişıq" ASC işlərə başlayıb.
Layihənin 2 milyon 921 min 592 manata başa gələcəyi ehtimal olunur. (Plat.az)











