İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,84% azalaraq,1 barelə görə 69,4 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,96% azalaraq 66,94 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,89% artaraq 4,172 ABŞ dolları təşkil edib.











