Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,73% azalaraq 1 barelə görə 47,53 dollar təşkil edib.

NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,77% azalaraq 44,99 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,85% artaraq 2,962 ABŞ dolları təşkil edib.