Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,56% azalaraq 1 barelə görə 49,3 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,53% azalaraq 46,3 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin fevralında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,07% artaraq 2,773 ABŞ dolları təşkil edib.