Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

Dünya bazarlarında neftin ucuzlaşması, təbii qazın bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair senyabr müqaviləsinin dəyəri 0,08 azalaraq 1 barelə görə 72,83 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,1% azalaraq 71,19 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki,sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,45% artaraq 3,978 ABŞ dolları təşkil edir.