Avtobus və metroda gediş haqqının artırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hazırda əksəriyyət gözlənilən digər “sürprizlərlə” bağlı müxtəlif fikirlər irəli sürür, kimisi artım növbəsinin kommunal xidmətlərə çatdığını deyir, kimisi bu il üçün yeni qərarın olmayacağını bildirir.

Cəmiyyəti düşündürən bu məsələlərlə bağlı millət vəkili Azər Badamov NOCOMMENT.az-a danışıb:
“İctimai nəqliyyatda gediş haqqının tarifləri Tarif Şurası tərəfindən müəyyən olunur. Belə ki, müvafiq qərara əsasən 1 oktyabr 2025 -ci ildən ictimai nəqliyyatda daşımaların haqqı artırılıb. Bu baxımdan yaxın bir dövrdə ictimai nəqliyyatda daşımaların qiymətlərinin yenidən artırılması məsələsinin aktual olacağını hesab etmirəm.
O cümlədən, ictimai nəqliyyatda daşınmaların qiymətinin artmasının kommunal xidmətlərlə heç bir əlaqəsi yoxdur. Komunal xidmətlərin qiymətləri əsasən enerji daşıyıcıların qiymətləri ilə bağlıdır.
Bu baxımdan enerji daşıyıcıların qiymətlərinin artırılması ilə bağlı bir məsələ gündəmdə olmadığından komunal xidmətlərin qiymətlərinin də artırılması ilə bağlı narahatçılıqların heç bir əsası yoxdur”, – deputat yekunlaşdırıb.












