Koroğlu Qrup Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırıb

Koroğlu Qrup Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırıb

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırşına cavab olaraq Koroğlu Şirkətlər Qrupu (Koroğlu MMC, Mirzəoğlu MMC, Konfirom MMC, Nurretail MMC – ARMO marketlər) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ayırıb.

Şirkətlər Qrupu Prezident İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşının alınması və mübarizə aparılması üçün “həmrəylik, birlik və məsuliyyət göstərməliyik” fikirlərini dəstəkliyir və bu yöndə işlərini görür.

Koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə Rrəhbərliyinin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.