“Moody’s İnvestors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin xarici və milli valyutada uzunmüddətli depozit reytinqini “B2” səviyyəsində təsdiq edib, lakin reytinq üzrə proqnozunu “stabil”dən “mənfi”yə dəyişib.
NOCOMMENT.az-ın beynəlxalq reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu dəyişiklik bankın bir tərəfdən aktivlərinin keyfiyyətinin onun borcalanların kredit qabiliyyətinin zəifləməsinə yüksək həssaslığını əks etdirir, hansılar ki, bu vəziyyətə aşağı neft qiymətləri və koronavirus pandemiyasının təsirindən düşüb. Digər tərəfdən isə bankın depozit reytinqini “B2” səviyyəsində qalması ASC-nin rezervlərinin formalaşmasından əvvəl olan sabit mənfəətini əks etdirir.
Moody’s daha bir bankımızın – “Bank Respublika” ASC-nin xarici və milli valyutada uzunmüddətli depozit reytinqi “B3” səviyyəsində saxlayıb, lakin reytinq üzrə proqnozunu “müsbət”dən “mənfi”yə dəyişib. Bu dəyişiklik bankın risk profilinin xarici sarsıntılara yüksək həssaslığını göstərir ki, bu da “Bank Respublika”nın əsasən koronavirus epidemiyasının mənfi təsirinə məruz qalan borcalanlarından asılı olmasını əks etdirir.












